ŞƏXSİ MƏLUMATLARIN QORUNMASI
Şəxsi məlumat deyərkən müştərilərin CFEX MMC-nin xidmətlərindən istifadə zamanı şirkətə təqdim etdiyi bütün məlumatlar nəzərdə tutulur.
ŞƏXSİ MƏLUMATLARIN QORUNMA PRİNSİPLƏRİ
Ümumi prinsiplər:
CFEX MMC aşağıda qeyd edilən məqsədlərlə müştərinin şəxsi məlumatlarını istifadə edə və ya açıqlaya bilər:
- Xidmət seçimlərinizi təyin etmək üçün
- İnformasiya, təbliğat, məhsul və xidmətlərimiz və ya reklam materiallarını sizə göndərmək üçün
- CFEX MMC-nin maraqlarını qorumaq üçün
- Ədalət mühakiməsi üçün
- Sizin maraqlarınıza uyğun olduğunu düşündüyümüz, CFEX MMC xidmətləri və ya üçüncü tərəfin xüsusi təkliflərini təbliğ etmək üçün
CFEX MMC qeydiyyat formasında tələb edilən şəxsi məlumatları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tələblərinə və ehtiyaclarınıza uyğun daha yaxşı xidmət göstərmək məqsədi ilə toplayır.
Təhlükəsizlik prinsipləri:
CFEX MMC şəxsi məlumatların səhvən silinməsi və ya açıqlanmaması üçün Şəxsi Məlumatların gizliliyi və təhlükəsizliyini qorumaq məqsədilə təşkilati və texniki addımlar da daxil olmaqla bütün ehtiyat tədbirlərinin görülməsinə məsuliyyət daşıyır.
Müştəri Qeydiyyat Formasında tələb edilən məlumatlara verilən cavablara görə məsuliyyət daşıyır. Əgər Qeydiyyat formasında tələb edilən məlumatlara natamam və ya qeyri-dəqiq cavab verilsə, bu, müştəriyə göstərilən xidmətin dayandırılması və ya xidmətin tamamilə sonlandırılması ilə nəticələnə bilər.
CFEX MMC müştərilərinin şəxsi məlumatlarının qorunmasına cavabdehdir.