Fətəli Xan Xoyski küç., bina 41, Gənclik metrosu, Bakı/AZƏRBAYCAN   +994 12 310 22 94 @cfex.az

Tez-tez soruşulan suallar

Çatdırılma və malların təhvil verilməsi necə həyata keçirilir ?

Türkiyədən həftədə 2 dəfə daşınma həyata keçirilir. Bağlamalar ofislərimizə daxil olandan 3 saat sonra təhvil verilməyə başlanılır. Kuryer sifarişi Bakı daxili ödənişsizdir. Bağlamalar Bakıya ççatdıqda növbəti gündən başlayaraq mərkəz ünvanlara 2 iş günü ərzində, Bakı kənd və qəsəbələrinə isə daxil olduğu gündən etibarən 1 həftə ərzində edilir. 

Bank ödənişləri necə qaytarılır?

Əgər Sizin sifarişinizin yerinə yetirilməsi zamanı hər hansı problem yaranırsa (məhsul stokda tükənə bilər və s.) həmin vaxt ödədiyiniz məbləğ Sizə geri qaytarılır. Ödənişin kart hesabınıza geri qayıtması, 5-15 gün, bəzi bankların iş sistemindən asılı olaraq daha çox vaxt tələb edə bilər.

Bağlamanı təhvil almaq üçün hansı sənəd tələb olunur?

Bağlamanı təhvil almaq üçün sifarişçi şəxsin şəxsiyyətini təsdiq edən sənəd ( şəxsiyyət vəsiqəsi, tələbə bileti, sürücülük vəsiqəsi və s) özü və ya surəti tələb olunur.

Kartımdan nə qədər pul çıxacaq?

Sifariş verərkən kartınızdan kəsiləcək tranzaksiya faizi kartınızın aid olduğu bank tərəfindən müəyyənləşdirilir.

Çalışma saatlarınız necədir?

Sifarişlərin qəbulu, sorğuların cavablandırılması 12 saat həyata keçirilir. Bağlamaların təhvil verilməsi  həftəiçi 5 gün saat 10.00 - 20.00, şənbə günü 10.00 - 19.00 arasında olur. Bazar qeyri-iş günüdür.

Ofisiniz harada yerləşir ?

Fətəli xan Xoyski küçəsi 81, Gənclik metrostansiyası Caspian Shopping Center çıxışı tərəfdən.

Ölkədaxili kargo nədir?

Sizin istənilən ölkədəki saytdan etdiyiniz sifarişin bizim həmin ölkədəki anbarımıza çatdırılması həmin ölkədəki kuryer şirkətləri tərəfindən həyata keçirilir. O şirkətlər bağlamanızı çatdırmaq üçün müəyyən məbləğ tələb edirlər. Həmin məbləğ məhsul sifariş etdiyiniz saytlarda görünür. Bəzi saytlarda alış-verişinizin məbləği yüksək olduqda ölkədaxili karqo pulu alınmır.

Mənim bağlamalarım birləşdirilə bilərmi?

CFEX MMC bağlamaların birləşdirilməsi xidmətini həyata keçirmir. Satıcı firma Sizin sifarişlərinizi bizim xaricdəki anbara necə təqdim edirsə, biz də məhsulları eynilə Sizə çatdırırıq.

Çatdırılma haqqı necə hesablanır ?

Sifariş edilən bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüləri 30*40*65 sm dən böyük olan bağlamaların çatırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün En* Uzun*Hündürlük/ 6000; alınan rəqəm sizin məhsulun çəkisi olaraq qeyd edilir.

Aldığım məhsulu geri qaytara bilərəm?

CFEX-in Azərbaycandan, Türkiyəyə geri qaytarma xidməti yoxdur. Bu məqsədlə, Azərpoçt beynəlxalq daşıma ximdətindən yararlana bilərsiniz.

Sifarişim neçə günə çatdırılır ?

Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 1-14 gün olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan sonra ən gec 3-5 gün sonra bağlamanız Bakıda olur.

Azərbaycan kartlarını qəbul etməyən saytlardan necə sifariş edə bilərəm ?

Əgər Sizin kartınız alış-veriş etmək istədiyiniz saytda qəbul olunmursa, o zaman biz sizə "Sifariş et" xidmətini təklif edirik. Əvvəlcə bizim saytda qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan dərhal sonra yaranmış "Profilim" bölməsinə daxil olursunuz və "Sifariş et" bölməsindən bəyəndiyiniz məhsulun linkini seçib əlavə edirsiniz. Sistem Sizə məhsulun qiymətini, ölçüsünü, sifariş etdiyiniz ölkədaxili karqo qiymətini və bizim Sizin üçün etdiyimiz sifarişdəki +5 faizlik xərcləri əlavə etməklə yekun məbləği təqdim edəcək. ( Bu məlumatlardan hər hansı biri olmadıqda, onu özünüz əlavə edirsiniz) Linkləri saytımıza göndərdikdən sonra bizim hesabımıza yekun məbləği ödəyirsiniz və biz həmin məhsulu sizin üçün alırıq. Belə olan halda Bəyannamə də bizim əməkdaşlar tərəfindən əlavə edilir.

Nə qədər məbləğdə sifariş edə bilərəm?

Azərbaycan Respublikası qanunvericiliyinə görə, fiziki şəxslər 30 təqvim günü ərzində kommersiya məqsədi olmadan 300 ABŞ dolları məbləğində rüsumsuz limitdən istifadə edə bilərlər.

Hansı məhsullar gətirilmir?

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş məhsullar aşağıdakılardır:

1.Hər cür silah növləri, döyüş sursatı, (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı bütün əşyalar, hərbi texnika.
2.Radioaktiv maddələr, narkotik və psixotrop maddələr və onlardan istifadə üçün ləvazimat, müxtəlif zəhərləyicilər.
3.Əxlaqsızlığı, zorakılığı, terrorizmi təbliğ edən kitab və reklam edən materiallar.
4.Təzyiq altında olan məhsullar ( spreylər, boyalar, parfumeriya, hava yastığı, quru şampun və s.)
5.Tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
6.Qida, spirtli içkilər, tütün və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan, xüsusi saxlama tələb edən məhsullar.
7.Heyvanlar, bitki və toxumlar.
8.Xüsusi məxfi rabitə vasitələri, gizli kamera, gizli səs yazma, dron və digər casus avadanlıqları, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
9.Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
10.Pul əskinasları, sikkələr.
11.Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
12.Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. (Zinət əşyaları, qiymətli metallar və qiymətli daşlar )

13. Qeyd: Mobil telefonların daşınmasını həyata keçirmirik.

Məhsulu "satıcı firma iptal edir" nə deməkdir?

Bəzən sifarişiniz satıcı firma, yəni sifariş etdiyiniz online mağaza tərəfindən ləğv edilir. Əgər sifariş CFEX şirkəti tərəfindən edilibsə və online mağaza sifarişin ləğvi barədə şirkətə məlumatlandırma emaili göndəribsə, şirkət də sifarişçiyə bu barədə məlumat verir. Bəzən online mağazalar sifarişi ləğv etmə səbəbi barədə heç bir məlumat vermir, həmin vaxt CFEX şirkəti də sifarişçiyə yalnız sifarişin ləğv olunması barədə məlumatı çatdırır və ödəniş məbləğini geri qaytarır.

Yük anbarda nə qədər saxlanılır?

Sizin bağlamanız bizim xarici və yerli anbarın hər birində yalnız 15 gün saxlanılır. Daha sonra isə yükün saxlanıldığı hər gün üçün əlavə 50 qəpik tələb olunacaq.

Maye məhsulları gətirilir?

Türkiyədən istənilən maye məhsulu gətirilir. Ətirlər, şampunlar, saç kremləri, kosmetikalar və s. məhsulları sifariş etmək mümkündür. Türkiyədən maye məhsulları həftədə 2 dəfə çatdırılır.

docx file PDF