Fətəli Xan Xoyski küç., bina 41, Gənclik metrosu, Bakı/AZƏRBAYCAN   +994 12 310 22 94 @cfex.az
img

Elite müştəri proqramı

CFEX Elite müştəri proqramını təqdim edirik. Bu proqram ilə çatdırılma ödənişləri məhz sizin üçün endirimli olacaq! 

 

Elite müştəri proqramını CFEX-in daimi müştəriləri üçün formalaşdırmışıq. Əgər siz ötən 3 ay ərzində CFEX-lə beynəlxalq çatdırılmalar üçün 100$ və daha çox məbləğdə ödənişetmisinizsə (çatdırılma ödənişi) siz avtomatik olaraq Elite müştəri proqramına qoşulmuş olursunuz. Bununla da, bu şərt yerinə yetirildiyi andan etibarən növbəti 3 ay ərzində bağlamalarınızın çatdırılma məbləğinə 10% endirim qazanırsınız. Endirim, Elite müştəri proqramına qoşulduğunuz andan etibarən “Xarici anbardadır” statusuna düşən bütün bağlamalarınıza tətbiq olunacaq.

Əgər 3 ayın sonunda siz yenidən proqramın şərtini (son 3 ay ərzində 100$ və daha çox məbləğdə çatdırılma ödənişi etmək) ödəyirsinizsə daha 3 ay endirim əldə edirsiniz.

Sual və cavablar:

Sual: Son 3 ay ərzindənə qədər çatdırılma ödənişi etdiyimi hardan izləyə bilərəm?

Cavab: Saytımızda (www.cfex.az) şəxsi kabinetinizə daxil olaraq TL Balansının sağ tərəfində bu məlumatı görəbilərsiniz. Xatırladaq ki, Elite müştəri proqramının şərtini yerinə yetirdiyiniz zaman sizə sms/e-mail vasitəs ilə bildiriş göndəriləcək və siz bu üstünlüklərdən yararlanmağa başlayacaqsınız.

Sual: Endirim hansı bağlamalarıma şamil olunacaq?

Cavab: Endirim Elite müştəri proqramına qoşulduğunuz andan etibarən növbəti 3 ay ərzində“Xarici anbardadır” statusuna düşən bütün bağlamalarınıza tətbiq olunacaq. Yəni daha əvvəl xarici anbarımızda olmuş bağlamanız varsa həmin bağlama üçün endirim tətbiq olunmur. Yalnız növbəti bağlamalarınıza endirim tətbiq olunacaqdır.

Sual: Endirim hansı ölkələr üzrə bağlamalarıma şamil olunacaq?

Cavab: Endirim şirkətimizin çatdırılma etdiyi bütün ölkələr üzrə olan bağlamalarınıza şamil olunacaq.

Sual: Endirim müddəti ərzində sifariş edilmiş lakin çatdırılmamış paketlərim üçün endirim 3 aylıq müddətin sonunda ləğv ediləcəkmi?

Cavab: Xeyr, endirim sifariş zamanı qüvvədə idisə, 3 ay bitdikdə bağlamanızdakı endirim ləğv olunmur. Sadəcə 3 aylıq müddətin sonundan etibarən sonrakı sifarişlərinizə endirim şamil olunmur. Yəni bu 3 ay verdiyiniz sifarişlərendirimin tətbiq olunması müddətidir. Bu endirimli paket üçün çatdırılma xərclərini istədiyiniz zaman ödəyə bilərsiniz. Həmin bağlamanızın ödənişini yenə də endirimli qiymətlə ödəyə bilərsiniz.

Sual: 3 aylıq müddət bitdikdə mən bu proqramın təklif etdiyi endirimlərdən yenə də yararlana bilərəmmi?

Cavab: Bəli, əlbəttə. Əgər siz 3 ay müddəti bitdikdən sonra yenidən Elite müştəri proqramının şərtlərini yerinə yetirdinizsə yenidən növbəti 3 ay üçün endirim qazanırsınız. Və bu barədə sizə həm sms, həmdə e-mail ilə bildiriş göndərəcəyik.

Sual: Elite müştəri proqram şərtlərini 3 ay müddətində yerinə yetirməsəm, endirimlərim dayandırılacaqmı?

Cavab: Xeyr. Əgər siz Elite müştəri proqramının şərtlərini yerinə yetirmisinizsə bütün hallarda növbəti 3 ay ərzində bağlamalarınıza endirimli qiymət hesablanacaq. Yəni bu müddətdə siz proqramının şərtlərini yerinə yetirməzsəniz belə endiriminiz qüvvədə qalacaq. Yalnız bu 3ay bitdikdə sizin kampaniya şərtlərini yerinə yetirib-yetirmədiyinizi yenidən yoxlanacaq. Əgər proqramının şərtlərini hələ də yerinə yetirməsənizsə yenidən 3 ay endirim qazanacaqsınız.

Sual: Elite müştəri proqramının endirimi kuryer tariflərinə də şamil olunurmu?

Cavab: Xeyr. Bu endirim yalnız Türkiyədən və digər ölkələrdən Azərbaycana gələn bağlamalarınızın beynəlxalq çatdırılma ödənişlərinə şamil olunur.


docx file PDF