Fətəli Xan Xoyski küç., bina 41, Gənclik metrosu, Bakı/AZƏRBAYCAN   +994 12 310 22 94 @cfex.az
img

Qaydalar və şərlər

İstifadəçi qaydaları

1. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçi şəxsi məlumatlarını da tələb olunan qaydada müvafiq xanalara qeyd etməlidir.

2. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçi müvafiq xanalara daxil etdiyi məlumatların düzgün və dəqiq olmasına görə tam məsuliyyət daşıyır.

3. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçi ilk daxil etdiyi məlumatlarında dəyişiklik baş verərsə, bununla bağlı yenilənmə üçün bildiriş göndərmək və məlumat vermək öhdəliyi daşıyır.

4. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçi öz şifrə və məlumatlarını digər şəxslərlə paylaşdıqda, yarana biləcək problemlərə görə özü öhdəlik daşıyır.

5. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçi 1 (bir) ay ərzində dəyəri 300 (üç yüz) ABŞ dolları məbləğinə qədər istədiyi məhsulu sifariş edə bilər. Bu zaman həmin istifadəçidən gömrük rüsumu tutulmur.

6. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçinin 1 (bir) ay ərzində sifariş etdiyi məhsulların dəyəri 300 (üç yüz) ABŞ dolları məbləğindən artıq olarsa, istifadəçi sifarişin ümumi dəyərinin 36%-i miqdarında gömrük rüsumu ödəmək öhdəliyini öz üzərinə götürür.

7. “CFEX” şirkəti bağlamaların daşımasını həyata keçirərkən yalnız 300 ABŞ dollarınadək olan sifarişlərin gömrük sənədləşmələrini öz üzərimizə götürür.

8. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçinin bağlamasının çatdırılma üçün xidmət haqqı çəki və həcmə görə hesablanır.

9. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçi bağlamalarını “CFEX” ofisini tərk etmədən yoxlamalıdır. Hər hansı bir zədə və ya xoşagəlməz hal olduğu təqdirdə bu barədə şirkəti məlumatlandırmalıdır.


Daşınma şərtləri

1. “CFEX” istehsalçı şirkət deyil və heç bir satış xidməti göstərmir. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçi ödənişini şəxsi hesabından “CFEX”in əməkdaşlıq etdiyi xarici şirkətin bank hesabına köçürür. Sifariş prosesində 5% ödəmə (bank) komissiyası nəzərdə tutulur.

2. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan istifadəçilərin qapıda ödəmə şərti ilə göndərdikləri sifarişlər həyata keçmir.

3. Cfex.az Türkiyədəki istehsalçı firmanın səhvinə və göndərdiyi məhsulun keyfiyyətinə, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə heç bir öhdəlik daşımır.

4. Türkiyədəki istehsalçı firmanın Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan istifadəçilərin sifariş etdiyi məhsulu “CFEX” Türkiyə anbarına çatdırma müddətinə görə “CFEX” heç bir öhdəlik daşımır.

5. Cfex.az müştərilərinin etdikləri sifarişləri üzərində heç bir fərqli əməliyyat – rəng, ölçü və s. aparmır.

6. Cfex.az müştərilərinin sifariş etdiyi onlayn mağazanın güvənirliyi və ödəmə şərtləri ilə bağlı heç bir öhdəlik daşımır.

7. Sifariş edilən bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüləri 30*40*65 sm dən böyük olan bağlamaların çatırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün En* Uzun*Hündürlük/ 6000; alınan rəqəm sizin məhsulun çəkisi olaraq qeyd edilir.

8. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçinin sifariş etdiyi məhsulda problem yaşanarsa, (məhsulun tükənməsi, sifariş olunan ölçünün olmaması və s.) istifadəçinin ödədiyi məbləğ Türkiyədəki mağaza tərəfindən kartına geri qaytarılır.

9. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçinin etdiyi ödəniş Türkiyənin milli valyutası olan Türkiyə lirəsi ilə aparılır, əlavə bank komissiyalarına görə “CFEX” heç bir məsuliyyət daşımır.

10. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçinin sifariş etdiyi məhsulun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, 5% komissiya geri ödənilmir.

11. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçinin etdiyi sifariş ilə bağlı hər hansı problem yaranarsa, bununla bağlı istifadəçiyə telefon və ya hər hansı bir vasitə ilə məlumat verilir.

12. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçiyə sifariş olunmuş məhsulun ödənişi yalnız aşağıdakı hallarda geri qaytarılır: 

- Sifariş etdiyi məhsul Türkiyədəki mağazanın anbarında tükənərsə;
- İstifadəçi yanlışlıqla öz balansına vəsait daxil edərsə;
- İstifadəçi sifarişindən imtina edərsə;
- Sifariş etdiyi məhsul Türkiyədəki mağaza tərəfindən ləğv edilərsə.

13. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçi sifariş etdiyi məhsulun “CFEX” Bakı anbarına daxil olması barədə məlumat alır. Məlumat verildikdən 15 gün ərzində sifariş edilən məhsul təhvil götürülməzsə, anbarda qaldığı hər günə görə istifadəçi 0.5 AZN dəyərində “CFEX”ə cərimə ödəməyi öz öhdəsinə götürür. 45 gün ərzində isə bağlama təhvil alınmazsa, növbəti gün aktlaşdırılaraq istifadəçinin hesabından silinir. Məbləğ heç bir halda müştəriyə geri qaytarılmır.

14. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçi sifariş etdiyi məhsulun qəbulundan sonra imtina edərsə, bu zaman istifadəçiyə heç bir məbləğ geri ödənilmir. İstifadəçi 15 günlük cərimə məbləğini “CFEX”ə ödəmədiyi təqdirdə yeni sifariş xidmətindən yararlana bilməz.

15. Cfex.az ünvanından qeydiyyatdan keçən və ya qeydiyyatsız sifariş xidmətindən yararlanan hər bir istifadəçinin etdiyi ödənişlərin kartlarına geri qaytarılması 15 iş günü müddətində icra olunur, bəzi hallarda bu müddət bankdan asılı olaraq arta da bilər.

16. Türkiyədən edilən sifarişlərdə çatdırılma haqqı hər bağlamanın çəkisinə görə hesablanır.

17. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qadağan olunmuş məhsulların sifarişi heç bir halda qəbul olunmur.
docx file PDF